11 mart 2026. Çərşənbə

“Çelsi” gürcü futbolçunu transfer etmək istəyir


  • Transfer
  • 23:22 10.03.2026
  • Oxunma sayı: 37
“Çelsi” gürcü futbolçunu transfer etmək istəyir

PSJ klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, gürcü futbolçunun transferi uğrunda mübarizəyə "Çelsi" də qoşulub. London klubunun baş məşqçisi Liam Rosenyor 25 yaşlı futbolçunun böyük pərəstişkarıdır və onun komandanın hücum xəttinə çox uyğun gələcəyini düşünür. "Zadəganlar" artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıblar.

Xatırladaq ki, Xviça Kvaratsxeliya 2025-ci ildə "Napoli" klubundan PSJ-ə 80 milyon avro qarşılığında transfer olunub. Futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu il 30 iyun tarixinə qədər qüvvədədir.

Cari mövsümdə vinger Paris klubunun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb. O, bu matçlarda 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, Xviça Kvaratsxeliyanın hazırkı transfer dəyəri 90 milyon avro qiymətləndirilir.







Transfer