- Transfer
- 23:56 10.03.2026
"Çelsi" klubunun yarımmüdafiəçisi Andrey Santos karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "NTVASCO" nəşrinə istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi 21 yaşlı yarımmüdafiəçini bu yay transfer etməyi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılın.
Xatırladaq ki, Andrey Santos 2023-cü ildə "Vasko da Qama" klubundan "Çelsi"yə 12 milyon avro qarşılığında transfer olunub. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu il 30 iyun tarixinə qədər qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi “Çelsi”nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb. O, bu matçlarda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, Andrey Santosun hazırkı transfer dəyəri 45 milyon avro qiymətləndirilir.