11 mart 2026. Çərşənbə

“Yuventus” onu yenidən İtaliyaya qaytarmaq istəyir


  • Transfer
  • 23:28 10.03.2026
  • Oxunma sayı: 39
“Yuventus” onu yenidən İtaliyaya qaytarmaq istəyir

"Tottenhem" klubunun müdafiəçisi Destini Udoji karyerasını yenidən İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi 21 yaşlı müdafiəçini heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Məlumata əsasən, “Yuventus” ümid edir ki, mövsümün sonunda "Tottenhem" İngiltərə Premyer Liqasından aşağı liqaya düşəcək. Bu halda London klubunun futbolçu üçün tələb etdiyi məbləğin azalacağı düşünülür.

Xatırladaq ki, Destini Udoji 2022-ci ildə "Udineze" klubundan “Yuventus” tərəfindən 18 milyon avro qarşılığında transfer olunub.

Hazırda müdafiəçi dizaltı vətər nahiyəsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Onun London klubu ilə müqaviləsi 2030-cu il 30 iyun tarixinə qədər qüvvədədir.

Cari mövsümdə italiyalı futbolçu “Tottenhem”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, Destini Udojinin hazırkı transfer dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer