- Transfer
- 23:56 10.03.2026
"İnter" klubunun hücumçusu Lautaro Martines karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "La Nacion"a istinadən məlumatına görə, argentinalı futbolçunun xidmətində “Çelsi” maraqlıdır. London klubu yay transfer pəncərəsində hücumçunu heyətinə qatmaq üçün böyük transfer hazırlayır və Martines üçün 100 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, 28 yaşlı futbolçu “Çelsi”nin hücum xəttini gücləndirmək üçün əsas prioritetlərdən biri hesab olunur.
Xatırladaq ki, Lautaro Martines 2018-ci ildə Rasinq klubundan İnterə 25 milyon avro qarşılığında transfer olunub. Onun Milan təmsilçisi ilə müqaviləsi 2029-cu il 30 iyun tarixinə qədər qüvvədədir.
Cari mövsümdə argentinalı hücumçu “İnter”in heyətində bütün turnirlərdə 35 oyuna çıxıb. O, bu matçlarda 18 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, Lautaro Martinesin hazırkı transfer dəyəri 85 milyon avro qiymətləndirilir.