11 mart 2026. Çərşənbə

Niko Qonsales “Yuventus”a qayıda bilər


  • Transfer
  • 23:36 10.03.2026
  • Oxunma sayı: 28
Niko Qonsales “Yuventus”a qayıda bilər

"Atletiko" klubunun vingeri Niko Qonsales karyerasını yenidən "Yuventus"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, Turin klubu argentinalının "Atletiko"dakı çıxışından məmnundur. Futbolçunun geri dönüşündə şəxsi maraqlı olan isə “Yuventus”un baş məşqçisi Lusiano Spalettidir. O, Qonsalesi Fransisku Konsesau ilə rotasiya üçün yaxşı seçim hesab edir.

Xatırladaq ki, Niko Qonsales 2025-ci ilin sentyabrına qədər mövsümün sonuna kimi Yuventusdən icarə əsasında Atletikoyə transfer olunub. Madriddəki klubun futbolçunu almaq imkanı mövcuddur.

Cari mövsümdə argentinalı futbolçu “Atletiko”nun heyətində bütün turnirlərdə 27 oyuna çıxıb və 3 qol vurub.

Transfermarkt portalının məlumatına görə, Niko Qonsalesin hazırkı transfer dəyəri 24 milyon avro qiymətləndirilir.







Transfer