25 aprel 2026. Şənbə

Markus Tyuram "İnter"dən ayrıla bilər


  • Transfer
  • 23:56 10.03.2026
  • Oxunma sayı: 192
Markus Tyuram "İnter"dən ayrıla bilər

"İnter"in hücumçusu Markus Tyuram komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "TuttoMercatoWEB"ə istinadən məlumatına görə, Milan klubu maliyyə problemləri üzündən fransızı satmaq məcburiyyətində qala bilər.

"İnter" 28 yaşlı futbolçunun satışından ən azı 65 milyon avro əldə etməyi gözləyir. İngiltərə Premyer Liqası komandaları bu məbləği ödəməyə hazırdır. "Yuventus"un da Türamla maraqlandığı bildirilir.

O, Turin klubunda oynayan qardaşı Kefren Tyuramı transfer edə bilər. Markus Tyuram 2023-cü ildə "Borussiya" Mönhenqladbaxdan "İnter"ə azad agent kimi keçib.

Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Hücumçu bu mövsüm Milan klubunda bütün yarışlarda 34 oyun keçirib, 12 qol vurub və beş məhsuldar ötürmə edib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı