- Transfer
- 18:38 24.11.2024
Bavariya Mançester Siti'nin futbolçusu Leroy Sane'ni transfer etməkdə israrlıdır.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Münhen klubu 23 yaşlı futbolçunu qış fasiləsində heyətinə qatmağa çalışacaq.
Klub prezidenti Uli Höness də açıqlamasında bunu təsdiq edib: "Sanenin bərpa dövrünün necə keçməsini gözləmək lazımdı. Yanvarda kluba yeni rəhbər gələcək və gələcəklə bağlı yeni planlar olacaq".
Qeyd edək ki, "Bavariya" yay fasiləsində Saneni transfer etməyə çalışsa da, "Mançester Siti" gənc futbolçunu satmaqdan imtina etmişdi.