- Transfer
- 15:17 11.03.2026
"Borussiya Dortmund"un müdafiəçisi Julian Rüerson bu yay klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" klubu maraqlıdır. Həmçinin oyunçu ilə maraqlandığı bildirilən "Nyukasl Yunayted", norveçli üçün "qırmızı şeytanlar"ın rəqibi ola bilər. Mançester klubu artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Rüersonun "Borussiya Dortmund"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt" müdafiəçini 20 milyon avro dəyərində qiymətləndirir. Bu mövsüm oyunçu Bundesliqada 22 oyun keçirib, 11 məhsuldar ötürmə edib və beş sarı vərəqə alıb.