- Transfer
- 15:17 11.03.2026
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger mövsüm bitdikdən sonra Londona qayıda bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, "kral klubu" 33 yaşlı oyunçunun müqaviləsini yeniləməyə tələsmir, ona görə də o, iyulun əvvəlində azad agent ola bilər.
"Arsenal" "Çelsi"nin sabiq futbolçusunu transfer etməkdə maraqlıdır.
"Topçular"ın rəhbərliyi alman oyunçunun təcrübəsinin və liderlik keyfiyyətlərinin komanda üçün böyük bir üstünlük olacağına inanır.
Antonio Rüdiger 2022-ci ilin yayında "Çelsi"dən "Real Madrid"ə keçib. "Mavilər"də oynayarkən o, Premyer Liqada 133 oyun keçirib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib.