13 mart 2026. Cümə

"İnter" "Bavariya"nın iki oyunçusu və "Borussiya"nın ulduzunu transfer etmək istəyir


  • Transfer
  • 10:01 13.03.2026
  • Oxunma sayı: 17
"İnter" "Bavariya"nın iki oyunçusu və "Borussiya"nın ulduzunu transfer etmək istəyir

İtaliyanın "İnter" klubu yay transfer pəncərəsi öncəsi heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "TMW"yə istinadən məlumatına görə, Milan təmsilçisi Almaniya çempionatında çıxış edən bir neçə futbolçunu diqqətdə saxlayır. “Neradzurrilər”in maraq dairəsində müdafiəçi Kim Min Jae ("Bavariya"), həmçinin yarımmüdafiəçilər Yulian Brandt ("Borussiya Dortmund") və Leon Qoretska ("Bavariya") yer alır. İtaliya nəhəngi hər üç futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Qeyd edək ki, "İnter" cari mövsümdə Çempionlar Liqasında uğursuz çıxış edib. Milan klubu pley-off mərhələsində Norveçin "Budyo Qlimt" komandasına uduzaraq turnirdən erkən kənar qalıb.

Bununla yanaşı, komanda ölkə çempionatında inamlı nəticələr göstərir. "İnter" 67 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisini yeddi xal qabaqlayır.







Transfer