13 mart 2026. Cümə

“İnter” onun qiymətini açıqladı - Nə az, nə çox…


  • Transfer
  • 11:48 13.03.2026
  • Oxunma sayı: 16
“İnter” onun qiymətini açıqladı  - Nə az, nə çox…

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, italiyalı futbolçunun xidmətində "Barselona", "Liverpul" və "Çelsi" klubları maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

İtaliya klubunun rəhbərliyi ulduz oyunçu ilə müəyyən məbləğ müqabilində ayrılmağa hazırdır. "Neradzurri" mərkəz müdafiəçinin satışından ən az 70 milyon avro qazanmağı planlaşdırır.  

26 yaşlı müdafiəçi bu mövsüm Seriya A-da 24 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.







Transfer