- Transfer
- 12:44 13.03.2026
"Vest Hem"in yarımmüdafiəçisi Mateus Fernandeş yay transfer pəncərəsində klubdan ayrıla bilər.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçu "çəkiclər" Premyer Liqa statusunu qoruya bilməsə, satılmaqda israr edəcək.
"Mançester Yunayted" 21 yaşlı futbolçu üçün əsas namizədlərdən biri hesab olunur və digər klublar da vəziyyəti izləyir. "Qırmızı-şeytanlar" artıq ilkin danışıqlara da başlayıblar.
"Transfermarkt" Mateus Fernandeşin dəyərini 35 milyon avro olaraq qiymətləndirir. "Vest Hem" oyunçunu ötən ilin avqust ayında "Sauthempton"dan 44 milyon avroya alıb. Bu mövsüm yarımmüdafiəçi London klubunun heyətində bütün yarışlarda 32 oyunda dörd qol vurub və dörd məhsuldar ötürmə edib.