- Transfer
- 12:44 13.03.2026
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes klubunu dəyişməyi planlaşdırır.
90deqiqe.Az-ın "fichajes"ə istinadən məlumatına görə, qarşıdakı həftələr argentinalı futbolçunun London klubunun rəhbərliyi ilə danışıqlarında həlledici olacaq.
Daha əvəl yarımmüdafiəçinin xidmətində "Real Madrid" və PSJ klublarının olduğu iddia olunurdu. Enzonun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədərdir.
Transfermarkt oyunçunu 90 milyon avro dəyərində qiymətləndirir. Bu mövsüm yarımmüdafiəçi Premyer Liqada 28 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Bu yaxınlarda bir ingilis qəzeti "Real Madrid"in Enzo üçün nə qədər təklif etməyə hazır olduğunu bildirib.