- Transfer
- 14:37 13.03.2026
Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Seru Quirassi karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı hücumçu İtaliyanın A seriyasının bir neçə aparıcı komandası tərəfindən transfer siyahısına salınıb.
“Milan” klubu futbolçunun xidmətində maraqlıdır. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.Bundan əlavə, "Yuventus" da Quirassini heyətinə qatmaq üçün mübarizə apara bilər.
“Qoca sinyora” futbolçunu serb oyunçu Dşšan Vlahoviç üçün alternativ variant kimi nəzərdən keçirir; Vlahoviç yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Cari mövsümdə Almaniya çempionatında Quirassi “şmellər”in formasını 24 oyunda geyinib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib