- Transfer
- 23:23 13.03.2026
"Leypsiq"in sol cinah müdafiəçisi David Raum karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçunun müqaviləsi gələn ilin ortalarında başa çatır və bu, onun bu yay əlverişli qiymətə transfer olunma ehtimalını artırır. "Qırmızı şeytanlar" artıq Raum üçün agenti və Bundesliqa klubu ilə danışıqlara da başlayıb.
"Leypsiq"in kapitanı üçün təxminən 35 milyon avro istəməsi gözlənilir.
David Raumun Transfermarktdakı qiyməti 20 milyon avrodur. Bu mövsüm müdafiəçi "Red Bulls"un heyətində bütün yarışlarda 28 oyunda üç qol vurub və yeddi məhsuldar ötürmə edib.