- Transfer
- 15:49 14.03.2026
"Arsenal" klubuna məxsus müdafiəçi Yakub Kivyor karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, müdafiəçinin xidmətində "Yuventus" klubu maraqlıdır. Turin təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Hazırda polşalı futbolçu icarə əsasında "Portu"nun heyətində çıxış edir. Bununla yanaşı, Portuqaliya klubu da futbolçunu komandada saxlaya bilər. Belə ki, “Portu”nun müqavilədə nəzərdə tutulan 25 milyon avroluq satınalma hüququndan istifadə etmək imkanı var.
Cari mövsümdə Portuqaliya çempionatında 18 oyunda meydana çıxan Yakub Kivyor bir məhsuldar ötürmə ilə yadda qalıb və bir sarı vərəqə alıb.
Qeyd edək ki, futbolçunun “Portu” ilə icarə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.