- Transfer
- 16:55 14.03.2026
"Mançester Siti"nin mərkəz hücumçusu Erlinq Haland "Real Madrid"in maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "One Football"a istinadən məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi ulduz bombardiri yay transfer dövründə heyətinə qatmaq niyyətindədir.
Bildirilir ki, norveçli forvardın mümkün transferi komandanın baş məşqçisi Xosep Qvardiolanın “Mançester Siti”dən ayrılması halında reallaşa bilər.
25 yaşlı hücumçunun bazar dəyəri təxminən 200 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, futbolçu ilə klub arasında qüvvədə olan müqavilənin müddəti 2034-cü ilin iyun ayının sonunda başa çatır.