14 mart 2026. Şənbə

"Mançester Yunayted" onun üçün "Çelsi" ilə transfer "savaşına" girdi


  • Transfer
  • 15:49 14.03.2026
  • Oxunma sayı: 27
"Mançester Yunayted" onun üçün "Çelsi" ilə transfer "savaşına" girdi

Almaniyanın "Köln" klubunun cinah oyunçusu Səid Əl-Mala İngiltərə Premyer Liqasına yollana bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, 19 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" və "Çelsi" maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Alman klubu hücumameyilli yarımmüdafiəçini 50–60 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Səid Əl-Malanın “Köln” ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Cari mövsümdə alman futbolçu 27 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer