14 mart 2026. Şənbə

“Real” 16 yaşlı oyunçu uğrunda “Barselona” və “Bavariya”nı qabaqladı


  • Transfer
  • 16:32 14.03.2026
  • Oxunma sayı: 41
“Real” 16 yaşlı oyunçu uğrunda “Barselona” və “Bavariya”nı qabaqladı

“Alaveş”in sol cinah müdafiəçisi Viktori Okori karyerasını "Real"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 16 yaşlı futbolçunun xidmətində Madrid nəhəngi maraqlıdır "Kral klubu" ispan futbolçunun transferi üçün artıq danışıqlara da başlayıb və razılığın əldə olunmasına yaxındır.

Gənc futbolçu ilə “Barselona”, “Bavariya” və “Atletiko Madrid” də maraqlanır.

Turnir cədvəlində “Kral klubu” ikinci yerdə qərarlaşıb. 27 turdan sonra Madrid təmsilçisinin aktivində 63 xal var və lider “Barselona” ilə fərq dörd xaldır.

UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyununda “Kral klubu” Mançester Sitini 3:0 hesabı ilə məğlub edib.







Transfer