14 mart 2026. Şənbə

Premyer Liqa nəhəngləri onu istəyir


  • Transfer
  • 18:48 14.03.2026
  • Oxunma sayı: 33
Premyer Liqa nəhəngləri onu istəyir

“Barselona”nın sağ cinah müdafiəçisi Alexandro Balde yay transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki, “mavi-qranatlar”ın təmsilçiləri Balde ilə bağlı təkliflərə açıqdır. Klubun idman direktoru Deku müdafiəçinin keyfiyyətlərinə tam əmin deyil.

Əlavə məlumatlara əsasən, Balde ilə maraqlanan klublar arasında "Liverpul" var. Mersisayd təmsilçisi yeni cinah oyunçusuna ehtiyac duyur, çünki yaxın zamanda Endryu Robertson komandadan ayrılacaq. Eyni zamanda, "Mançester Yunayted" də müdafiəçini izləyir, lakin hazırda daha üstün vəziyyətdə "Liverpul" görünür.

Bu mövsümdə 22 yaşlı Balde bütün turnirlərdə 34 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə fərqlənib. Transfermarkt mütəxəssisləri onun dəyərini 60 milyon avro qiymətləndirir.







Transfer