- Transfer
- 22:33 14.03.2026
Norveçin "Budyo Qlimt" klubu qapıçısı Nikita Xaykinlə müqaviləni uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Xaykin öz fikirlərini belə bölüşüb:
"Bu möhtəşəm hissdir, düzgün və ağıllı seçim etdim, çünki indi mən evimdəyəm. Bizdə fantastik bir yol var. Mən klubu yaxşı tanıyıram və klub da məni tanıyır. Norveç mənim evimdir və "Budyo Qlimt" in bir hissəsi olduğum üçün çox məmnunam. Bu yolu komandayla birlikdə davam etdirmək istəyirəm.
Yeddi il keçib, nə qədər maraqlı yol olmuş! Bu illəri çox yüksək qiymətləndirirəm və davamını səbirsizliklə gözləyirəm"