16 mart 2026. Bazar ertəsi

Eşli Koul “Çezena”nın baş məşqçisi ola bilər


  • Transfer
  • 23:06 15.03.2026
  • Oxunma sayı: 33
Eşli Koul “Çezena”nın baş məşqçisi ola bilər

“Çelsi” və İngiltərə yığmasının sabiq müdafiəçisi Eşli Koul İtaliyanın “Çezena” klubunda baş məşqçi postuna təyinatla bağlı fəal danışıqlar aparır.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə,  45 yaşlı mütəxəssis İngiltərə U21 yığmasının baş məşqçisi Li Karsliin rəhbərlik etdiyi heyəti tərk edəcək. Rəsmi təyinat barədə elan yaxın günlərdə klub prezidenti Mayk Melbi ilə görüşdən sonra gözlənilir.

Hazırda “Çezena” cədvəldə səkkizinci pillədə qərarlaşıb və play-off uğrunda mübarizə aparır.

Qeyd edək ki, Koul daha əvvəl “Frenk Lempard”ın “Everton”də, Ueyn Runiin “Birmingem”də və Li Karsliin İngiltərə yığmasında köməkçi məşqçi kimi çalışıb. Bu, Koul üçün baş məşqçi kimi ilk təcrübə olacaq.

Xatırladaq ki, Eşli Koul ən çox “Arsenal” və “Çelsi”də çıxışları ilə tanınır və İngiltərə yığmasında 107 oyun keçirib.







Transfer