16 mart 2026. Bazar ertəsi

"Barselona" Premyer Liqa nəhəngləri ilə cinah müdafiəçisi uğrunda rəqabət aparmağa hazırdır


  • Transfer
  • 00:04 16.03.2026
  • Oxunma sayı: 26
"Barselona" Premyer Liqa nəhəngləri ilə cinah müdafiəçisi uğrunda rəqabət aparmağa hazırdır

“Köln”ün gənc futbolçusu Səid Əl-Mala Avropanın böyük klublarının radarına düşüb.

90deqiqe.Az-ın "Daily Briefing"a istinadən məlumatına görə,19 yaşlı oyunçuya İngiltərə Premyer Liqasında böyük maraq var. Onu “Mançester Yunayted”, “Çelsi”, “Mançester Siti”, “Nyukasl” və “Tottenhem” heyətinə qatmaq istəyir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Həmçinin “Barselona” da gənc hücumçunu izləyir. Kataloniya təmsilçisi Premyer Liqa klubları futbolçunun transferi ilə bağlı razılıq əldə edə bilməsə danışıqlara qoşulmağa hazırlaşır.

Transfermarkt portalına görə, Səid Əl-Malanın qiyməti 40 milyon avrodur. Cari mövsümdə o, 26 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Köln” ilə müqaviləsi 2030-cu ilə qədər etibarlıdır.







Transfer