- Transfer
- 19:54 16.03.2026
"Real Madrid" klubu yaxınlaşan transfer pəncərəsi üçün heyəti gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, klubun diqqətində "Bavariya"nın futbolçusu Maykl Olise dayanır. “Kremli”nin prezidenti Florentino Peres fransalı futbolçunu yüksək qiymətləndirir və onun transferi üçün 160 milyon avro təklif etməyə hazırdır.
Lakin Münhen təmsilçisi yaxın yayda Olisenin satışını nəzərdə tutmur. Fransalı hücumçu Bundesliqa klubunda ikinci mövsümünü keçirir və bu müddət ərzində 93 oyunda iştirak edərək 35 qol vurub və 50 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Bavariya"nın növbəti oyunu 18 mart, çərşənbə günü "Atalanta" ilə UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq. Lakin Olise sarı kart limitinə görə meydana çıxa bilməyəcək.