- Transfer
- 19:54 16.03.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro cari mövsümün sonunda klubdan ayrılacaq.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Mançester klubunun rəhbərliyi qərarından geri dönməyib.
Braziliyalı futbolçu İngiltərə Premyer Liqasının 30-cu turunda "Aston Villa" ilə oyunda (3:1) qol vurub. “Qırmızı şeytanlar”ın azarkeşləri Kazemironun müqaviləsinin daha bir mövsüm uzadılmasını tələb edən şüarlar səsləndirsələr də, bu göstərici klub rəhbərliyinin qərarını dəyişdirməyəcək.
Kazemironun “Mançester Yunayted”lə olan mövcud müqaviləsi mövsümün sonunda başa çatır. Yanvar ayında klub futbolçunun müqaviləsini uzatmayacağını rəsmən təsdiqləyib.
Cari mövsümdə Kazemiro bütün turnirlər üzrə 29 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.