17 mart 2026. Çərşənbə axşamı

“Mançester Yunayted” heyətində ciddi dəyişikliklər planlaşdırır


  • Transfer
  • 19:04 17.03.2026
  • Oxunma sayı: 40
“Mançester Yunayted” heyətində ciddi dəyişikliklər planlaşdırır

“Mançester Yunayted” yay transfer pəncərəsində iki yarımmüdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə,bu addım komandanı tərk etməsi gözlənilən Kazemironun yerini doldurmaq məqsədi daşıyır.

Məlumata görə, klub eyni zamanda mərkəz müdafiəçisi transferini də nəzərdən keçirir. Bu isə Harri Maquayr ilə yeni müqavilə üzrə razılıq əldə olunmayacağı təqdirdə reallaşa bilər.

Mənbənin bildirdiyinə əsasən, “qırmızı şeytanlar” yay üçün transfer siyahısına “Nyukasl Yunayted”in yarımmüdafiəçisi Sandro Tonalini daxil ediblər. Bundan əlavə, klub İngiltərə çempionatında çıxış edən daha dörd futbolçu ilə maraqlanır. Bunlar “Kristal Pelas”dan Adam Uorton, “Nottingem Forest”dən Elliot Anderson, “Brayton”dan Karlos Baleba və “Bornmut”dan Aleks Skottdur.

Qeyd olunur ki, rəhbərlik yeni mövsüm öncəsi heyəti gücləndirmək və rəqabət qabiliyyətini artırmaq niyyətindədir.







Transfer