18 mart 2026. Çərşənbə

Stounz "Everton"a qayıda bilər


  • Transfer
  • 22:31 17.03.2026
  • Oxunma sayı: 38
Stounz "Everton"a qayıda bilər

Müdafiəçi Con Stounz bu yay "Mançester Siti"dən ayrıla bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 31 yaşlı futbolçu ilə daha əvvəl çıxış etdiyi “Everton” yaxından maraqlanır. Liverpul təmsilçisi oyunçunu yayda azad agent kimi heyətinə qatmaq niyyətindədir. Həmin vaxt Stounsun “şəhərlilər”lə müqaviləsinin müddəti başa çatacaq.

Qeyd edək ki, Con Stouns 2016-cı ildə “Everton”dan “Mançester Siti”yə 55 milyon avro qarşılığında transfer olunub.

Cari mövsümdə müdafiəçi Mançester klubunun heyətində bütün turnirlər daxil olmaqla 15 oyunda iştirak edib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.

Xatırladaq ki, Stouns 2013–2016-cı illər aralığında “Everton”un formasını geyinib.







Transfer

Stounz "Everton"a qayıda bilər
  • Transfer
  • 22:31 17.03.2026
Stounz "Everton"a qayıda bilər