- Transfer
- 23:16 17.03.2026
“Mançester Yunayted”in müdafiəçisi Dioqu Dalot karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, portuqaliyalı futbolçu ilə “Real” klubu maraqlanır. Madrid təmsilçisi 26 yaşlı oyunçunun transferini yayda reallaşdırmağı planlaşdırır. "Kral klubu" artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayacaq.
Bildirilir ki, “qırmızı şeytanlar” futbolçusu üçün 30 milyon avrodan artıq məbləğ tələb edəcək.
Qeyd edək ki, Dioqu Dalot 2018-ci ildə “Portu”dan “Mançester Yunayted”ə 22 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə portuqaliyalı müdafiəçi bütün turnirlər daxil olmaqla 30 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.