- Transfer
- 23:16 17.03.2026
İtaliyanın “Roma” klubu “Everton”un müdafiəçisi Vitali Mikolenkonu yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.
90deqiqe.Az-ın "Sport Witness"ə istinadən məlumatına görə, paytaxt təmsilçisi maliyyə məhdudiyyətləri və komandadan mümkün ayrılıqlar səbəbindən heyətdə yenidənqurma aparmağı planlaşdırır. Bu səbəbdən klub rəhbərliyi daha sərfəli və ya az xərc tələb edən transfer variantlarına üstünlük verir və ukraynalı futbolçu da namizədlər siyahısında yer alır.
“Canavarlar” düşərgəsində hesab edirlər ki, 26 yaşlı müdafiəçi dərhal əsas heyətin üzvünə çevrilə bilər.
Bununla yanaşı, qeyd olunur ki, Mikolenko hazırkı komandasında qalmaq niyyətindədir və “Everton”dakı vəziyyətindən razıdır. Klubun onunla müqaviləni 2027-ci ilə qədər uzatmaq ehtimalı var.
Qeyd edək ki, “Roma” və “Everton”un eyni sahibə məxsus olması bu transferin nəzəri baxımdan mümkünlüyünü artırır. Hazırda isə "Roma" vəziyyəti izləyir və müxtəlif variantları dəyərləndirir.