18 mart 2026. Çərşənbə

PSJ və "Real Madrid"in transfer savaşı


  • Transfer
  • 22:52 17.03.2026
  • Oxunma sayı: 45
PSJ və "Real Madrid"in transfer savaşı

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını Avropanın aparıcı klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Sportblits"ə istinadən məlumatına görə, nigeriyalı futbolçunun xidmətində “Real” və PSJ klubları maraqlıdır. Sözügedən klublar yay transfer pəncərəsində hücumçunu transfer etmək üçün mübarizə aparacaq və artıq oyunçunun agenti ilə də danışıqlara başlayıblar.

 Bildirilir ki, “Real” Osimhen üçün 80 milyon avro ödəməyə hazırdır. PSJ isə forvardla bağlı uzunmüddətli marağını yenidən canlandırıb. Belə ki, Paris klubu nigeriyalı hücumçunu 2024-cü ildə də transfer etmək istəyib, lakin “Napoli” təklifini rədd etmişdi.

Keçən həftə hər iki klubun skautları Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı keçirilmiş ilk oyunu izləyiblər. Oyun 1:1 hesabı ilə başa çatıb.

Cari mövsümdə Viktor Osimhen “Qalatasaray”ın heyətində bütün turnirlər daxil olmaqla 28 oyunda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Stounz "Everton"a qayıda bilər
  • Transfer
  • 22:31 17.03.2026
Stounz "Everton"a qayıda bilər