- Transfer
- 23:16 17.03.2026
“Fulhem” klubu ilə Niderlandın PSV komandası hücumçu Rikardo Pepinin yay transferi üzrə razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, klublar futbolçu ilə bağlı şifahi razılaşma əldə ediblər.
“Dançiklər” bu keçid üçün 36 milyon avro ödəyəcəklər. 23 yaşlı amerikalı hücumçu üç il əvvəl “Augsburq”dan PSV-yə keçib və Texasın “Dallas” klubunun akademiyasında yetişib.
Cari mövsümdə Pepi PSV-nin heyətində 27 rəsmi oyunda iştirak edib, 13 qol vurub. Transfermarkt portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, “Fulhem”in Premyer Liqada qalmaq ehtimalı yüksəkdir; klub bu vaxta qədər 41 xal toplayıb.