18 mart 2026. Çərşənbə

"Yuventus" onu komandaya qatmaq istəyir


  • Transfer
  • 16:48 18.03.2026
  • Oxunma sayı: 42
"Yuventus" onu komandaya qatmaq istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Yuventus”un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Gazzetta dello Sport"a istinadən məlumatına görə, “Yuventus” əvvəllər maraq göstərdiyi “Nyukasl”ın futbolçusu Sandro Tonalini artıq gündəmdən çıxarıb və diqqətini Silvaya yönəldib. Turin təmsilçisi artıq 31 yaşlı futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Portuqaliyalı oyunçunun mövsümün sonunda, müqaviləsi bitdikdən sonra “Mançester Siti”dən ayrılmaq ehtimalı var.

Cari mövsümdə 31 yaşlı Silva bütün turnirlərdə 41 oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 27 milyon avro olaraq qiymətləndirir.







Transfer

Stounz "Everton"a qayıda bilər
  • Transfer
  • 22:31 17.03.2026
Stounz "Everton"a qayıda bilər