19 mart 2026. Cümə axşamı

“Barselona” Reşfordla bağlı qərarını verib


  • Transfer
  • 16:50 19.03.2026
  • Oxunma sayı: 13
“Barselona” Reşfordla bağlı qərarını verib

İngiltərəli hücumçu Markus Reşford “Barselona”da çıxışını davam etdirə bilər.

90deqiqe.Az-ın "Talksport"a istinadən məlumatına görə, Kataloniya klubunda icarə əsasında forma geyinən futbolçunun komandada qalması ehtimalı var. Klub rəhbərliyi hücumçunun icarə müqaviləsini daha bir mövsüm uzatmağı planlaşdırır.

Qeyd edək ki, Reşfordun transfer hüquqları “Mançester Yunayted”ə məxsusdur. Onun “Barselona” ilə mövcud icarə müqaviləsinin müddəti qarşıdakı yay başa çatır.

Bu mövsüm İspaniya çempionatında 23 oyunda meydana çıxan hücumçu 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Stounz "Everton"a qayıda bilər
  • Transfer
  • 22:31 17.03.2026
Stounz "Everton"a qayıda bilər