- Transfer
- 22:46 19.03.2026
“Santos” klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, yeni məşqçi yerli mütəxəssis, daha çox Kuka kimi tanınan Aleksi Stivaldır.
Əvvəlki baş məşqçi Xuan Pablo Vojvoda komandanın mövsümə zəif başlaması səbəbindən istefaya göndərilib. Hazırda “Santos” 7 turda cəmi 6 xal toplayaraq düşmə zonasına yaxın vəziyyətdədir.
Bu Kukanın “Santos”dakı dördüncü gəlişidir – o, 2008, 2018 və 2020-2021-ci illərdə də komandaya rəhbərlik edib. Kuka “Atletiko Mineyro” ilə Libertadores Kubokunu, həmçinin həmin klub və “Palmeiras” ilə Braziliya çempionluğunu qazanıb. O, həmçinin Çin çempionatı və Çin Kubokunu “Şandun” komandası ilə qazanmaq uğuruna sahibdir.