19 mart 2026. Cümə axşamı

"Nyukasl" 1-ci Liqa qapıçısını hədəfləyir


  • Transfer
  • 21:34 19.03.2026
  • Oxunma sayı: 41
"Nyukasl" 1-ci Liqa qapıçısını hədəfləyir

“Nyukasl” qapıçı mövqeyini gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, İngiltərə klubu "Lens"in qapıçısı Robin Risserlə ciddi şəkildə müqavilə imzalamaqda maraqlıdır. "Sağsağanlar" artıq 21 yaşlı qapıçı ilə şəxsi müqavilə ilə bağlı danışıqlara başlayıblar.

"Nyukasl" nümayəndələri hələ "Lens" rəhbərliyi ilə əlaqə saxlamayıblar. "Lens"in qapıçısını bu yay 30-40 milyon avro müqabilində buraxmağa hazır olduğu bildirilir.

Robin Risser 2025-ci ilin yayından "Lens"də çıxış edir. Bu mövsüm fransız qapıçı 29 oyun keçirib və 11 dəfə qapısını toxunulmaz saxlayıb. Nüfuzlu "Transfermarkt" portalına görə, Risserin bazar dəyəri 10 milyon avrodur.







Transfer

“Tottenhem”dən “İnter”ə
  • Transfer
  • 22:46 19.03.2026
“Tottenhem”dən “İnter”ə