20 mart 2026. Cümə

“Tottenhem”dən “İnter”ə


  • Transfer
  • 22:46 19.03.2026
  • Oxunma sayı: 44
“Tottenhem”dən “İnter”ə

“İnter” gələcək yay transferlərində heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Tvitter) məlumat paylaşıb.

O Emiliano Martineslə bağlı müxtəlif ehtimallara baxmayaraq, “neradzurri”nin prioritet siyahısında hələ də “Tottenhem”in qapıçısı Qulyelmo Vikario yer aldığını qeyd edib.

İtaliyalı qapıçı “İnter” üçün əsas namizədlərdən biridir və artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Vikario hazırda “Tottenhem”lə 2028-ci ilin ortalarına qədər müqavilə bağlayıb. Transfermarkt portalının qiymətləndirməsinə görə, 29 yaşlı qapıçının bazar dəyəri 23 milyon avrodur. 2025/2026 mövsümündə Vikario 42 oyunda meydana çıxıb və qapısında 62 qol görüb.







Transfer

“Tottenhem”dən “İnter”ə
  • Transfer
  • 22:46 19.03.2026
“Tottenhem”dən “İnter”ə