- Transfer
- 23:58 19.03.2026
Dortmund “Borussiya”sı hücumçu Ceydon Sançonu komandaya qaytarmaq niyyətindədir.
90deqiqe.Az-ın "Times"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu hazırda "Mançester Yunayted"dən icarə əsasında oynadığı "Aston Villa"da gözlənilən töhfəni verə bilməyib.
Yayda o, azad agent statusu qazanacaq.
"Borussiya” ingilis üçün artıq təklif hazırlayırb və oyunçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçunun əməliyyatın reallaşması üçün maaşında indiki səviyyədən xeyli güzəşt etməsi lazım gələcək.
Qeyd edək ki, Sanço daha əvvəl iki dəfə “Borussiya” formasını geyinib. Bu mövsüm Premyer Liqada o, 18 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.