20 mart 2026. Cümə

Pau Kubarsi Avropa nəhənglərinin hədəfində


  • Transfer
  • 23:58 19.03.2026
  • Oxunma sayı: 44
Pau Kubarsi Avropa nəhənglərinin hədəfində

"Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"a istinadən məlumatına görə, 19 yaşlı futbolçunun xidmətində “Mançester Siti”, “Çelsi”, “Arsenal” və “Bavariya" klubları maraqlıdır.

Hazırda klublar ilə ispan futbolçu arasında rəsmi və ya qeyri-rəsmi əlaqə olmayıb, lakin yaxın zamanda bu mümkün ola bilər.

Qeyd olunur ki, Kubarsinin müqaviləsində çıxış haqqı 500 milyon avro göstərilib.

Bu mövsüm Kubarsi bütün turnirlərdə 39 oyunda iştirak edib və 1 qol vurub. Onun “Barselona” ilə mövcud əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







Transfer

“Tottenhem”dən “İnter”ə
  • Transfer
  • 22:46 19.03.2026
“Tottenhem”dən “İnter”ə