- Transfer
- 01:54 20.03.2026
"Hoffenhaym"ın hücumçusu Fisnik Asllani karyerasını İngiltərə Premyer Liqasında daam etdirə bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, kosovalı futbolçu "Çelsi" və "Tottenhem"in maraq dairəsinə düşüb. İngiltərə Premyer Liqasının hər iki klubu cari mövsümdən sonra 23 yaşlı futbolçu üçün mübarizə aparmağa hazırdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə də əlaqə saxlayıblar.
"Bavariya" da hücumçu ilə maraqlanır və əvvəllər "Barselona"nın da maraqlandığı bildirilirdi.
"Transfermarkt" Fisnik Asllaninin bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Cari Bundesliqa mövsümündə oyunçu 25 oyunda səkkiz qol vurub və beş məhsuldar ötürmə edib. Onun "Hoffenhaym"la hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.