20 mart 2026. Cümə

“Liverpul” yayda 6 futbolçu ilə yollarını ayıra bilər


  • Transfer
  • 01:54 20.03.2026
  • Oxunma sayı: 21
“Liverpul” yayda 6 futbolçu ilə yollarını ayıra bilər

“Liverpul” yay transfer dönəmində heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, Mersisayd klubu qarşıdakı yayda 5-6 futbolçu ilə yollarını ayıra bilər. Kütləvi ayrılığın əsas səbəblərindən biri hücumçu Məhəmməd Salahın mövcud vəziyyətindən narazı olmasıdır.

Bundan əlavə, müdafiəçi Endryu Robertsonun gələcəyi də sual altındadır. Onun klubla müqaviləsi yayda başa çatır. Müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir – klub futbolçuya yeni müqavilə barədə qərar verməsi üçün aprel ayının əvvəlinə qədər vaxt tanıyıb.

“Liverpul” həmçinin cinah oyunçusu Federiko Kyeza ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. İtaliyalı futbolçu baş məşqçi Arne Slotun etimadını qazana bilməyib.

Yarımmüdafiəçi Kurtis Consun transferi də gündəmdədir. Baxmayaraq ki, Slot ona güvənir, klub yüksək transfer dəyərinə görə futbolçunu sata bilər.

Müdafiəçi Cozef Qomezin gələcəyi isə böyük ölçüdə Konatenin vəziyyətindən asılıdır. Futbolçu aldığı oyun vaxtından narazıdır.







Transfer

“Tottenhem”dən “İnter”ə
  • Transfer
  • 22:46 19.03.2026
“Tottenhem”dən “İnter”ə