20 mart 2026. Cümə

"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi üçün təklif göndərib


  • Transfer
  • 12:42 20.03.2026
  • Oxunma sayı: 49
"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi üçün təklif göndərib

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Bernardu Silva karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "Gazzetta dello Sport"a istinadən məlumatına görə, ulduz futbolçunun xidmətində "Yuventus" maraqlıdır. Turin təmsilçisi 31 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif edib.

 Portuqaliya millisinin üzvü İtaliya nəhənginə azad agent kimi qoşula bilər. Belə ki, onun “şəhərlilər”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.

Cari mövsümdə İngiltərə çempionatında Silva 30 oyunda iştirak edib. Portuqaliyalı futbolçu bu qarşılaşmalarda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Tottenhem”dən “İnter”ə
  • Transfer
  • 22:46 19.03.2026
“Tottenhem”dən “İnter”ə