- Transfer
- 13:17 20.03.2026
İspaniyanın "Barselona" klubu cari mövsüm başa çatdıqdan sonra hücum xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumatına görə, “göy-qırmızılar” "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir. Kataloniya təmsilçisi bu keçidi 100 milyon avrodan aşağı məbləğə reallaşdırmaq üçün müqaviləyə öz futbolçularından birini də daxil etməyi planlaşdırır. Artıq fubtolçunun agenti ilə də ilkin danışıqlara başlanılıb.
Komandanın hücumçusu Robert Levandovskinin gələcəyinə də aydınlıq gəlib. Onun müqaviləsi Alvaresin mümkün transferinə baxmayaraq bir il müddətinə uzadıla bilər. Klub polşalı forvardı heyətdə saxlamağa hazırdır, lakin bunun üçün futbolçu maaşının azaldılmasına və ehtiyat hücumçu roluna razılıq verməlidir.
Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv 28 turdan sonra İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.