21 mart 2026. Şənbə

Ben Uayt yayda “Arsenal”dan gedə bilər


  • Transfer
  • 21:40 21.03.2026
  • Oxunma sayı: 39
Ben Uayt yayda “Arsenal”dan gedə bilər

 “Arsenal” klubu yay transfer pəncərəsində müdafiəçi Ben Uaytı satmağı planlaşdırır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "topçular" “Roma”nın futbolçusu Uesley Fransı ona əvəzləyici olaraq nəzərdən keçirir. 

London təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün artıq onun agenti ilə də danışıqlara başlayıb.

Bir neçə Avropa klubu da gənc futbolçunu izləyir. 

Cari mövsümdə müdafiəçi bütün yarışlarda 35 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun “Roma” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına əsasən, futbolçunun bazar qiyməti 35 milyon avrodur.







Transfer