21 mart 2026. Şənbə

Rüdiqer "Yuventus"la danışıqlara başlayıb


  • Transfer
  • 21:51 21.03.2026
  • Oxunma sayı: 35
Rüdiqer "Yuventus"la danışıqlara başlayıb

“Real” klubunun mərkəz müdafiəçisi Antonio Rüdiqer karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, alman futbolçu “Yuventus” ilə ikiillik müqavilə barədə danışıqlara başlayıb. 

33 yaşlı futbolçu Turin klubunun baş məşqçisi Lusiano Spaletti üçün prioritet transfer hədəfidir. Baş məşqçi Rüdiqer ilə “Roma”dakı əməkdaşlıq dövründən yaxın münasibətlər saxlayır.

“Real” isə 33 yaşlı müdafiəçi ilə mövcud müqaviləni bir il uzatmaq imkanını nəzərdən keçirir. Klubun baş məşqçisi Alvaro Arbeloa oyunçunun komandada qalmasını istəyir.

Cari mövsümdə Rüdiqer bütün yarışlarda 17 oyuna çıxıb və bir qol vurub. Onun “Real” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.







Transfer