- Transfer
- 22:32 21.03.2026
“Yuventus” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvaya ciddi maraq göstərir.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, portuqaliyalı futbolçu yayda sərbəst agent statusu alacaq və Turin klubu ona üç illik müqavilə təklif etməyi planlaşdırır. Müqavilənin illik məbləği təxminən 7 milyon avrodur.
31 yaşlı futbolçu hələ gələcək karyerası ilə bağlı qərar verməyib. Silva karyerasının son mərhələsində yeni çağırışlar axtarır və yeni mühitdə çıxış etməyi düşünür. “Yuventus” onun üçün cəlbedici variantlardan biridir, lakin yeganə deyil.
Onun xidmətinə həmçinin “Barselona”, “Benfika”, “Qalatasaray”, Səudiyyə və MLS klubları da maraq göstərir. Futbolçu bütün təklifləri qiymətləndirəcək və yekun qərarını aprel ayının sonuna qədər açıqlayacaq.
Cari mövsümdə Bernardo bütün yarışlarda 41 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.