22 mart 2026. Bazar günü

“Real” “Çelsi”yə 120 milyon ödəməyə hazırdır


  • Transfer
  • 15:05 22.03.2026
  • Oxunma sayı: 28
“Real” “Çelsi”yə 120 milyon ödəməyə hazırdır

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçi Enzo Fernandes ilə yollarını ayıra bilər.

90deqiqe.Az-ın "Tyc Sports"a istinadən məlumatına görə, argentinalı futbolçu ilə Madridin “Real” klubu yaxından maraqlanır. “Kral klubu”nun rəhbərliyi ulduz oyunçunun transferi üçün təxminən 120 milyon avro vəsait ayırmağa hazırdır. Madrid nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Bildirilib ki, Fernandes özü də klubunu dəyişməyə qarşı deyil. Buna səbəb kimi isə iqlim amili göstərilir. Yarımmüdafiəçi daha günəşli ölkəyə köçmək niyyətindədir.

Qeyd edək ki, cari mövsümdə argentinalı futbolçu “Çelsi”nin heyətində 46 oyuna çıxıb. O, bu qarşılaşmalarda 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub.







Transfer