22 mart 2026. Bazar günü

Bernardo Silva “Barselona”ya keçmək istəyir


  • Transfer
  • 15:09 22.03.2026
  • Oxunma sayı: 26
Bernardo Silva “Barselona”ya keçmək istəyir

İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçi Bernardo Silva karyerasını İspaniya çempionatında davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, təcrübəli futbolçu “Barselona”ya keçmək qərarına gəlib. Tanınmış futbol agenti Jorje Mendeş 31 yaşlı oyunçunun xidmətlərini Kataloniya təmsilçisinə təklif edib.

Bildirilir ki, portuqaliyalı İspaniyanın aparıcı klublarından birinə azad agent statusunda qoşula bilər. Onun “Mançester Siti” ilə mövcud müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır.

Qeyd edək ki, yarımmüdafiəçinin bazar dəyəri 27 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə İngiltərə çempionatında 30 oyuna çıxan Silva 2 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer