22 mart 2026. Bazar günü

Səudiyyə klubu ulduz futbolçu uğrunda mübarizəyə qoşuldu


  • Transfer
  • 15:21 22.03.2026
  • Oxunma sayı: 42
Səudiyyə klubu ulduz futbolçu uğrunda mübarizəyə qoşuldu

Almaniyanın “Borussiya Dortmund” klubunun mərkəz hücumçusu Seru Quirassi karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, “Barselona” 30 yaşlı bombardirin transferində maraqlıdır və yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.

Bildirilir ki, Quirassinin transferi uğrunda Kataloniya təmsilçisinin əsas rəqiblərindən biri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubudur.

Qeyd edək ki, cari mövsümdə hücumçu 39 oyunda iştirak edib, 18 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilir. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.







Transfer