- Transfer
- 16:35 22.03.2026
“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska karyerasını İtaliya A Seriyasında davam etdirmək imkanı qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, "Fiorentina" rəhbərliyi Mareska ilə əməkdaşlıq etməkdə maraqlıdır və onu cari mövsümün sonunda komandaya dəvət etməyi planlaşdırır. Artıq tərəflər arasında danışıqlar başlanılıb.
46 yaşlı çalışdırıcı hazırda işsizdir.Seriya A-da 29 turdan sonra “Fiorentina” 28 xal toplayaraq turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komandanın növbəti qarşılaşması evdə "İnter" klubu ilə baş tutacaq. Oyun bazar günü keçiriləcək və start fitini Bakı vaxtı ilə 23:45-də səslənəcək.