- Transfer
- 16:35 22.03.2026
“Arsenal”ın müdafiəçisi Maylz Lyuis-Skelli karyerasını İngiltərə Premyer Liqasının digər aparıcı klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Teamtalk"ya istinadən məlumatına görə, “Mançester Yunayted” gənc müdafiəçini heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar" artıq 19 yaşlı futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Futbolçu isə stabil oyun praktikası qazanmaq məqsədilə klubunu dəyişməyə qarşı deyil.
Ekspertlər futbolçunun bazar qiymətini 35 milyon avro olaraq qiymətləndirirlər. Maylz Lyuis-Skellinin “Arsenal”la mövcud müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.